NATO-dan Rusiyaya daha bir zərbə

NATO-dan Rusiyaya daha bir zərbə
  06 Aprel 2014    Oxunub:903
AzVision.az xarici mətbuata istinadən verdiyi xəbərə görə, NATO-nun Parlament Assambleyası Rusiya parlamenti ilə əməkdaşlığın dayandırılmasına dair qərar qəbul edib. Müvafiq bəyanatla NATO-nun Parlament Assambleyasının prezidenti Hyu Beyli qurumun Riqada baş tutmuş toplantısından sonra çıxış edib.

Qərar Ukraynadakı hadisələrlə və rusiyalı deputatların bu məsələ ilə əlaqədar mövqeyi ilə bağlıdır. Toplantıda həmçini Rusiya deputatlarının NATO-nun Parlament Assambleyasının tədbirlərində iştirakına qadağa qoyulmasına qərar verilib.

Qeyd edək ki, bir neçə gün əvvəl NATO Rusiya ilə hərbi və mülki əməkdaşlığı dayandırdığını bəyan etmişdi.



Teqlər:  





Xəbər lenti