Merkel Putini hədələdi

Merkel Putini hədələdi
  06 Aprel 2014    Oxunub:1157
AzVision.az Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Almaniya kansleri Angela Merkel Rusiya prezidenti Vladimir Putini Ukrayna ilə konflikti daha da dərinləşdirəcəyi təqdirdə yeni sanksiyalarla hədələyib.

“Əgər Ukraynanın ərazi bütövlüyünə bundan sonra da qəsd olarsa, onda biz iqtisadi sanksiyalar tətbiq eləməli olacağıq. Heç kimin buna şübhəsi olmasın”. - deyə Merkel bildirib.

Kanslerin sözlərinə görə, kimsə Rusiyaya cavab verilməsi məsələsində Avropa Birliyi daxilində konsensusla bağlı özünü aldatmasın. Merkel öz fikrinə “Avropada heç kim Moskva ilə dialoqu kəsmək istəmir”,- sözlərini də əlavə edib


Teqlər:  





Xəbər lenti