İsrail nəşri: `Azərbaycan digər müsəlman ölkələrindən fərqli olaraq...`
`Azərbaycan dünyavi dövlət olaraq öz vətəndaşların dini və etiqad azadlığını təmin edir. Ölkənin birinci xanımı Mehriban Əliyeva ali təhsilli və müasir baxışlara malik qadındır. Birinci ledi öz nümünəsilə ölkə qadınlarını müstəqil və təhsilli olmağa maarifləndirir. Bundan başqa, bir çox müsəlman ölkələrində qadınlara qarşı bir sıra qadağalar, o cümlədən, geyim baxımından müəyyən əngəllər tətbiq olunur. Azərbaycan qadınları isə ölkənin ictimai həyatında aktiv iştirak edir və müasir müsəlman qadını üçün nümunə kimi çıxış edə bilərlər`,- deyə məqalədə bildirilir.
Daha sonra məqalədə vurğulanılır ki, Azərbaycan və İsrail dövlətləri bir sıra sahələrdə əməkdaşlıq edir və dostluq əlaqələrinə malikdilər. Lakin bu əməkdaşlıq bəzi güclər, xüsusilə İran dövləti tərəfindən mənfi qarşılanır. Yuxarıda qeyd edilən bütün məqamları nəzərə alsaq, Azərbaycanın artıq 22 il ərzində stereotiplərə və bəzi qonşular tərəfindən edilən təzyiqlər tab gətirməsi alqışalayiq bir haldır.
AzVision.az