Rusiya vətəndaşlığı almaq asanlaşdı

Rusiya vətəndaşlığı almaq asanlaşdı
  05 Aprel 2014    Oxunub:2818
Rusiya Dövlət Duması asanlaşdırılmış qaydada Rusiya vətəndaşlığını almaq haqqında qanun layihəsinə əlavəni üçüncü oxunuşda qəbul edib.

Qanun layihəsinə əlavəyə əsasən asanlaşdırılmış qaydada Rusiya vətəndaşlığını rus dilinin daşıyıcıları olan, qohumları Rusiya Federasiyası ərazisində yaşamış və ya Rusiya İmperiyası və SSRİ-də yaşamış şəxslər ala bilərlər.

Bu tələblərə uyğun şəxslər Rusiyada daimi yaşamaq üçün vətəndaşı olduqları ölkənin vətəndaşlığından imtina etməlidirlər.

S. Həsənova


Teqlər:





Xəbər lenti