UKrayna: 23 namizəd və 101 milyon dollar

UKrayna: 23 namizəd və 101 milyon dollar
  05 Aprel 2014    Oxunub:1109
Ukraynada mayın 25-də keçiriləcək növbədənkənar prezident seçkisinə namizədlərin qeydiyyatı başa çatıb. Seçkidə ali kürsü uğrunda 23 namizəd mübarizə aparacaq. Həmin gün Kiyevin meri və şəhər şurasının üzvləri də seçiləcəklər.
Ukraynada seçkinin xərci 68 milyon dollar azaldılıb və 101 milyon dollara salınıb.Bu barədə ölkənin Mərkəzi Seçki Komitəsinin rəhbəri Mixail Oxendovski məlumat verib. Qənaət üçün dairə və məntəqə seçki komissiyalarında üzvlərin sayı və dövlət hesabına hazırlanan təbliğat materiallarının miqdarı azaldılıb.

Əvəzində Avropa Birliyi müşahidə missiyalarına yardım məqsədilə 5 milyon avro pul ayırıb. ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Bürosu Ukraynaya 1000-ə yaxın müşahidəçi göndərəcək.

Ekspertlərin fikrincə, prezident seçkisinə qatılanların ikidə üç hissəsi texniki namizədlərdir və səslərin heç 1 faizini dəə toplaya bilməyəcəklər. Bu şəxslər, sadəcə, hüquqi problemlərini həll etmək üçün namizəd statusu alıblar ki, müəyyən məsuliyyətlərdən yayınsınlar.

Seçkidə əsas mübarizə isə “Batkıvşina” partiyasının lideri Yuliya Timoşenko ilə milyarder, `şokolad kralı` Pyotr Poroşenko arasında gedəcək. “Udar” partiyasının lideri, məşhur boksçu Vitaliy Kliçkonun Poroşenkonun namizədliyini dəstəkləməsi ikincinin şansını artırır.

Digər ciddi namizədlərdən kommunist Pyotr Simonenko, Azadlıq Partiyasının rəhbəri Oleq Tyaqnibok, sağ-millətçi Dimitri Yaroşun adları çəkilir.

Tariyel


Teqlər:  





Xəbər lenti