Avropalılar Avropa Birliyindən narazıdır

Avropalılar Avropa Birliyindən narazıdır
  05 Aprel 2014    Oxunub:792
Avropa Birliyinə (AB) üzvlüklə bağlı “Avropaya baxış” adlı araşdırma aparılıb.
`Avropa Birliyinin üzvü olmaqdan məmnunsunuzmu` sualına ingilislərin 56 %-i, fransızların isə 52% “məmnun deyilik” deyə cavab verib. Buna baxmayaraq fransızların 74%-i mayda baş tutacaq Avropa Parlamenti seçkilərində iştirak edəcəklərini bəyan ediblər. Bu barədə AzVision.az türk mətbuatına istinadən xəbər verir.

`Avropaya baxış`araşdırmasını nəticələrinə görə, fransızlar AB ilə bağlı düşüncələrində yanılıb.

Türkiyənin AB-yə üzvlüyünə etiraz edən fransalıların sayı 83% idisə, 2003-cü ildə bu rəqəmin 52 % olduğu diqqət çəkir.

İspanların 56 %-i, italyanların isə 50 %-i Türkiyənin AB-yə üzvlüyünə dəstək verir.

Zümrüd Cavadova


Teqlər:  





Xəbər lenti