Fatih Terim istefa verdi

   Fatih Terim istefa verdi
  10 Yanvar 2022    Oxunub:535
“Qalatasaray” futbol klubunun rəhbərliyi baş məşqçi Fatih Terimlə yollarını ayırıb.
AzVision.az -ın məlumatına görə, Terimin klub prezidenti Burak Elmasla görüşündən sonra İdarə Heyətinin iclası olub və baş məşqçini yola salmaq qərarı səs çoxluğu ilə qəbul edilib.

Qeyd edək ki, 1996-2000, 2002-2004, 2011-2013-cü illərdə “Qalatasaray”a rəhbərlik edən Fatih Terimin “cim-bom”da 4-cü dönəmi 2017-2022-ci illəri əhatə edib.

AzVision.az

Teqlər: Qalatasaray  







Xəbər lenti