Əfqanıstanda prezident seçilir

Əfqanıstanda prezident seçilir
  05 Aprel 2014    Oxunub:985
Bu gün Əfqanıstanda prezident seçkisi keçirilir. Seçkidə 8 namizəd prezidentlik kürsüsü uğrunda mübarizə aparacaq.
Üç namizəd favoritisayılır: keçmiş maliyyə naziri Əşrəf Qəni, sabiq xaric işlər nazirləri Rəsul Zalmay və Abdulla Abdulla.

2001-cu ildə “Taliban”ın devrilməsindən sonra prezident seçilən Həmid Karzay, Konstitusiyaya uyğun olaraq, üçüncü müddətə namizədliyini irəli sürə bilməz.

Rəsmilər bildirir ki, lazımi ləvazimatlar seçki mərkəzlərinə çatdırılıb və təhlükəsizliklə bağlı problemin olmayacağı bildirilir. Buna baxmayaraq, Taliban terror təşkilatı xalqı təhdid edir: “Əfqan xalqı bir çox səbəblərə görə seçkiyə gedəcək. Əvvəla “Taliban”a “yox” demək üçün. İkincisi isə demokratiyaya və seçkiyə “hə” demək üçün. Üçüncüsü isə daha yaxşı hökumət üçün səs verəcəklər. İnsanlar çox narahatdır və qorxurlar. Səsvermə məntəqələri çox da təhlükəsiz deyil. Hazırkı vəziyyət insanları çox narahat edir”.

Əfqanıstan Müdafiə Nazirliyinin açıqlamasına görə, seçki günü ölkədə 195 min təhlükəsizlik əməkdaşının işləyəcək.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti