Türkiyədə Youtube yasağı qüvvədə qaldı

Türkiyədə Youtube yasağı qüvvədə qaldı
  05 Aprel 2014    Oxunub:965
Türkiyədə məhkəmə “YouTube”a girişin bağlanması barədə qərarın qüvvədə saxlanması barədə qərar verib.
“Haberturk”ün verdiyi məlumata görə, Ankaranın Gölbaşı Cinayətlər Məhkəməsi bu qərarını cinayətə səbəb olan materialların “YouTube”-dən qaldırılmaması ilə əsaslandırıb.

Qeyd edək ki, məhkəmə aprelin 4-də “YouTube”a girişin qadağan olunması barədə qərarı ləğv etmişdi. Qərar TİB (Telekommünikasyon İletişim Başkanlığı) adlanan dövlət telekommunikasiya qurumu tərəfindən icra olunduqdan sonra vətəndaşlar yenidən sərbəst şəkildə “YouTube”a daxil ola biləcəkdilər.

Lakin aprelin 5-də gecə saatlarında qərar dəyişdirilib.

Xatırladaq ki, Türkiyə Konstitusiya Məhkəməsi aprelin 3-də vətəndaşların fərdi müraciətləri əsasında “Twitter”ə girişin qadağan olunması barədə qərarı ləğv edib (APA).


Teqlər:





Xəbər lenti