İranın qaçırılmış sərhədçiləri azad olundu

İranın qaçırılmış sərhədçiləri azad olundu
  05 Aprel 2014    Oxunub:1313
Təhlükəsizlik rəsmilərindən biri qaçırılmış sərhədçilərin Pakistanda iranlı rəsmilərə təhvil verildiyini bildirib
AzVision.az xarici mətbuata istinadən verdiyi xəbərə görə, milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü qaçırılmış sərhədçilərin Saravan vilayətində azad olunduğunu bildirib.

“Bu sərhədçilər bir neçə saat öncə “Ceyşül-Ədl” terrorçu qruplaşması tərəfindən Pakistanda olan iranlı rəsmilərə təhvil verilib. Lakin onlar hələ ölkəyə daxil olmayıblar.”

İsmayıl Kövsəri bildirib ki, 5 sərhədçidən biri olan Cəmşid Danaifərin cəsədi də digər 4 iranlı sərhədçi ilə birlikdə təhvil verilib. Hələlik dövlət rəsmiləri bu xəbəri təsdiqləməyib.

Qeyd edək ki, bir müddət öncə Cəkigur məntəqəsində İranın 5 sərhədçisi “Ceyşül-Ədl” terrorçuları tərəfindən qaçırılmışdı.


Teqlər:





Xəbər lenti