Ərdoğan İlham Əliyevə “nurçular”ın siyahısını təqdim edib - İDDİA
AzVision.az APA-ya istinadən verdiyi xəbərə görə,Türkiyənin baş naziri “nurçular”ın hər iki ölkədə təhlükə olduğunu bildirib, onların Azərbaycanda da şəbəkələşməsindən narahatlığını ifadə edib. Məlumata görə, prezident İlham Əliyevə Azərbaycandakı “nurçular”la bağlı siyahı təqdim edilib.
Həmçinin, Ərdoğan mümkün təhlükənin qarşısını vaxtında almasının zəruriliyini vurğulayıb.
Qeyd edək ki, prezident İlham Əliyevlə baş nazir Rəcəb Tayyip Ərdoğanın birgə mətbuat konfransında da bu məsələ ilə bağlı suallar verilib. Prezident İlham Əliyev bildirib ki, Türkiyə-Azərbaycan münasibətlərinə zərər verə biləcək istənilən qüvvənin qarşısı alınır: “Biz imkan vermərik ki, iki dost, qardaş ölkənin arasında kimlərsə nifaq salsın”.
R.T.Ərdoğan isə suala cavabında bildirib ki, ortada bir sıxıntı var və hər iki ölkəni narahat edəcək durum varsa, demək, müzakirə də edilib.