Türkiyədə “YouTube” açıldı

Türkiyədə  “YouTube” açıldı
  04 Aprel 2014    Oxunub:921
Ankara məhkəməsi “YouTube”a girişin qadağan olunması barədə qərarı ləğv edib.

AzVision.az `Posta` qəzetinə istinadən xəbər verir ki, TİB (Telekommünikasyon İletişim Başkanlığı) adlanan dövlət telekommunikasiya qurumu tərəfindən məhkəməyə müraciətdən sonra məhkəmə bu qərarı qəbul edib. Qərara əsasən, vətəndaşlar yenidən “YouTube”a daxil ola biləcəklər.

Qeyd edək ki, Rabitə və Telekommunikasiya İdarəsi martın 27-də YouTube-da Türkiyə güc strukturlarının yüksək rütbəli nümayəndələrinin görüşünün əks olunduğu videoyazı yerləşdirildikdən sonra belə qərar qəbul edib. Məlumata əsasən, görüş zamanı Suriyaya hərbi müdaxilə ehtimalı müzakirə edilib.

Mirvari




Teqlər:  





Xəbər lenti