Ukrayna hərbiçiləri Krımı tərk ediblər

Ukrayna hərbiçiləri Krımı tərk ediblər
  04 Aprel 2014    Oxunub:1124
Rusiyanın müdafiə naziri belə deyib
Ukrayna Hərbi Qüvvələrində xidmətlərini davam etdirməyə qərar verən Ukrayna hərbiçiləri, Krım ərazisini tərk ediblər. Bu barədə Rusiyanın müdafiə naziri Serqey Şoyqu məlumat verib. S. Şoyqunun sözlərinə görə, hazırda silah və texnikanın Ukrayna tərəfinə təhvil verilməsi prosesi gedir.

Bununla yanaşı, müdafiə naziri hazırki Ukrayna siyasətçilərinin Rusiya hərbiçilərinin Krım hərbi bazalarında ukraynalı həmkarlarına qarşı alçaldıcı hərəkətlər etdikləri barədə söylədiklərəni təxribat adlandırıb.

Xatırladaq ki, aprelin 2-də Vladimir Putin Krım Respublikası və Sevastopolun Rusiyanın Cənub hərbi dairəsinin tərkibinə daxil olması barədə sərəncam imzalayıb.

Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti