Jirinovski McDonald`s-ı Rusiyadan qovur

Jirinovski McDonald`s-ı Rusiyadan qovur
  04 Aprel 2014    Oxunub:1170
“McDonald`s-ın Rusiyada ruhu da olmayacaq, sonra isə pepsi-kola ilə məşğul olacağıq”
Liberal Demokratlar Partiyasının (LDP) sədri Vladimir Jirinovski Rusiya ərazisində “McDonald`s” restoranlar şəbəkəsinin bağlaması üçün əlindən gələni edəcəyini bəyan edib.

“McDonald`s” Krımdakı restoranını bağlayıb. Çox yaxşı. Kaş ki, bizdə də bağlansın. Partiyanın şəhər təşkilatlarına tapşırıq verəcəyəm ki, bütün restoranların qarşısında piketlər keçirsinlər”- deyə Vladimir Jirinovski bildirib. LDP sədri əminliklə iddia edir ki, Rusiya üzrə “McDonald`s” restoranlar şəbəkəsinin bağlamasına nail olacaq.

“ McDonald`s-ın burada ruhu da olmayacaq. Sonra da pepsi-kola ilə məşğul olcağıq.”- Jironovski deyib.

Bu arada, “ McDonald`s” rəhbərliyi Krımdakı filialının müvəqqəti olaraq bağlandığını və yaxın zamanlarda yenidən krımlıların etimadını qazanmağa ümid etdiklərini qeyd edib

Səbinə Həsənova


Teqlər:





Xəbər lenti