`Rusiya Qarabağı Azərbaycana qaytarır`

`Rusiya Qarabağı Azərbaycana qaytarır`
  04 Aprel 2014    Oxunub:966
Ter Petrosyannın müşaviri: "Rusiya Laçın və Laçın dəhlizi istisna olmaqla digər rayonları Azərbaycana qaytaracaq"
Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli çərcivəsində Laçın dəhlizini özünə götürə bilər.

"Mən hesab etmirəm ki, Rusiya Qarabağı özünə götürmək istəyir. Çünki bu Azərbaycanı daimi düşməninə çevirmək mənasına gələr ki, bu da Moskvanın planlarında daxil deyil". Bunu "168 jam" qəzetinə açıqlamasında Ermənistanın birinci prezidenti Levon Ter Petrosyanın müşaviri olan Jirayr Liparityan deyib.

Onun sözlərinə görə, Rusiyanın Ermənistana heç bir borcu yoxdur. Çünki bu gün İrəvandan ala biləcəyi heç bir şey yoxdur. "Rusiya burada istədiyi hər şeyə nail olub. İndi isə Moskva Azərbaycanı öz təsir dairəsinə salmağa çalışacaq.

Əgər Qarabağı öz ərazisi kimi götürsə və ya hazırki statusu tanıyaraq, qanuniləşdirsə Rusiya buna nail ola bilməyəcək. Moskvaya Dağlıq Qarabağı öz təsirində saxlamaq üçün zaman kəsiyi lazımdır", deyə keçmiş müşavir iddia edib.

Onun sözlərinə görə, bundan sonra Kreml Bakı ilə danışıqlar aparacaq, lazım olanı alacaq və Azərbaycana da lazım olanı verəcək. "Mən artıq uzun illərdir ki, Qarabağ problemini öyrənirəm və belə nəticəyə gəlmişəm ki, Rusiya Laçın və Laçın dəhlizi istisna olmaqla bu əraziləri Azərbaycana qaytaracaq. Bu ərazilərdən isə öz məqsədləri üçün istifadə edəcək".

Qeyd edək ki, bundan öncə də J.Liparityan ABŞ-ı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə aparılan danışıqları pozmaqda və Ermənistanın birinci prezidentinin istefaya getməyə vadar edən vəziyyət yaratmaqda ittiham etmişdi. (ans)


Teqlər:  





Xəbər lenti