Kral ailəsi bu filmin təqdimatına gəlməkdən imtina etdi
Bu səbəbdən ailə filmin rəsmi premyerasına getməyəcək. Monako kraliçası Qreys Kellinin oğlu şahzadə Albert filmdə yalnız Qreysin tərənnüm olunduğunu, knyaz Renyenin isə arvadına nəzarət edən zəif lider kimi təsvir olunduğunu söyləyib.
Şahzadə atasının nüfuzunun korlayacağından ehtiyatlanır. Kral ailəsi baş prodüseri Pyer-Anj Le Pojamdan filmin nümayiş etdirilməməsi, yaxud bəzi səhnələrdə dəyişiklik edilməsini xahiş etsə də, bu, nəzərə alınmayıb.
Teqlər: