`Ergenekon`la bağlı rəsmi qərar verildi

`Ergenekon`la bağlı rəsmi qərar verildi
  03 Aprel 2014    Oxunub:1144
Türkiyədə uzun müddətdir ki, davam edən və 275-ə yaxın insanın həbs edildiyi “Ergenekon” cinayəti ilə bağlı rəsmi qərar açıqlanıb.
AzVision.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, İstanbul Ağır Cinayətlər Məhkəməsinin qərarında “Ergenekon”nun silahlı terror qruplaşması olduğu göstərilib.

Eyni zamanda həmin qərarda əks olunub ki, “Ergenekon” xüsusi ilə Bülənt Ecevid, Abdullah Gül və Ərdoğan hökumətini hədəf alıb.

Bunun məhkəmə tərfindən “Ergenekon”la bağlı qəbul edilən ilk qərar olduğu bildirilir: “əsas olaraq Türk Silahlı Qüvvətlərinin daxilində qanunsuz olaraq yaradılan və fəliyyət göstərən hərbiçi və adi insanlardan təşkil olunan cinayət işinin nəticəsi əldə olunub”.

Qeyd edək ki, Türkiyənin sabiq ordu generalı İlkər Başbuğ da bu cinayətlə əlaqədar olaraq həbs edilsə də, bir müddət öncə sərbəst buraxılmışdı.

Sevinc


Teqlər:  





Xəbər lenti