Ermənistan Gömrük İttifaqına mayda qoşulacaq
“Ümid edirəm ki, mayda həm Gömrük İttifaqına, həm də Vahid İqtisadi Məkana qoşulacağıq”- Nalbandyan deyib.
Bu arada Ermənistan prezidenti Serj Sarkisyan bildirib ki, Gömrük İttifaqına qoşulmaq üzrə “ yol Xəritəsi” çərçivəsində nəzərdə tutulmuş tədbirlərin 70%-ni yerinə yetirilib, 30 faiz işlər isə reallaşdırılır.
Qeyd edək ki, Ermənistan Gömrük İttifaqına qoşulmaqla acınacaqlı vəziyyətdə olan həyat səviyyəsinin yaxşılacağına ümid edir.
Səbinə Həsənova
AzVision.az