ABŞ-ın hərbi bazasında insident: 4 ölü, 16 yaralı

ABŞ-ın hərbi bazasında insident: 4 ölü, 16 yaralı
  03 Aprel 2014    Oxunub:1091
ABŞ-ın Texas ştatının Fort Hood hərbi bazasında silahlı insident baş verib.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əldə olunan ilkin məlumata əsasən, psixoloji durumu yerində olmayan bir əsgər tabeiliyində olan tüfənglə ətrafındakılara atəş açaraq 3 nəfərin ölümünə, 16 nəfərin yaralnmasına səbəb olub. Daha sonra isə silahlı insidenti törədən şəxs öz başına atəş açaraq intihar edib.

Fort Hood hərbi bazasının komandiri, general-leytenent Mark Milley silahlı insidenti terror hadisəsi kimi qiymətləndirməyib.
CNN telekanalı isə hadisənin əsgərlər arasındakı mübahisə nəticəsində baş verdiyini açıqlayıb.

ABŞ prezidenti Barak Obama hadisədən xəbərdar olduğunu, hərbi bazadakı vəziyyəti təqib etdiklərini və lazımi təhlükəsizlik tədbirlərinin görüləcəyini açıqlayıb. Müdafiə naziri Chuck Hagel isə baş verən insidenti "qorxunc bir faciə" kimi qiymətləndirib.
Qeyd edək ki, xeyli sayda ölən və yaralanın olduğu silahlı insident 2009-cu ildə baş verən insidenti xatırladıb.

Mirvari Nəcəf



Teqlər:  





Xəbər lenti