ABŞ Ermənistanın mövqeyini araşdıracaq - VİDEO
Azərbaycanlı jurnalistin Amerikaya qarşı ikiüzlü siyasət həyata keçirən dövlətlərə o cümlədən Ermənistana münasibəti necə olacaq sualına cavab olaraq Mari Harf Ermənistanın bu cür mövqeyinin araşdırılacağını bildirib.
Həmin sual-cavab bu cür olub:
- Ötən həftə prezident Obama bəyan etdi ki, Birləşmiş Ştatlar səylərini birləşdirib , Rusiya isə tək qalıb. Lakin BMT Baş Assambleyasının BMT-nin Krımın Rusiyaya birləşməsini tanımamağa çağıran qətnaməsinin əleyhinə səs verən ölkələr, Rusiyanı dəstəkləyən ölkələr oldu...
- Rusiyanı yalnız 10 ölkə- Suriya, Sudan, Şimali Koreya, Venesuela, Kuba və mövqeyi o qədər də əhəmiyyət kəsb etməyən ölkələr dəstəklədilər. 100 ölkə isə birləşərək qətnaməyə “hə” dedi . Məncə rəqəmlər hər şeyi özü deyir... NATO xarici işlər nazirlərinin Brüssel görüşündə ABŞ və Avropa NATO müttəfiqləri ilə həmrəy olduqlarını açıq aşkar nümayiş etdirdilər və bəyan etdilər ki, Rusiyanın Krımla bağlı həyata keçirdiyi siyasət qəbuledilməzdir.
- Elə ölkələr var ki, xarici siyasətdə Amerikaya qarşıdırlar. Lakin elə ölkələr də var ki - məsələn, Ermənistan,- özlərini ABŞ-ın müttəfiqi kimi göstərir, ancaq Amerikanı dəstəkləyən qətnaməyə qarşı çıxır. Ermənistan kimi belə ölkələrə qarşı Amerikanın xarici siyasətində dəyişiklik gözlənilirmi?
- Bu məsələni komandamızla birgə araşdıracağıq.
Qeyd edək ki, BMT-nin Baş Assambleyası Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən və Krımın Rusiyaya ilhaqının tanımamağa çağıran qətnamə qəbul edib. BMT-nin 100 üzv ölkəsi qətnamənin lehinə, 11-i əleyhinə səs verib, 58 ölkə isə bitərəf qalıb. BMT ölkələri arasında qətnamənin lehinə yalnız üç ölkə, Azərbaycan , Moldova və Ukraynanın özü səs verib. Ermənistan qətnamənin əleyhinə çıxış edib.
Konfransda departament sözçüsü hazırda dünyanın gündəmində olan Rusiya-Ukrayna problemi ilə yanaşı ABŞ dövlət katibi Con Kerrinin İsrailə səfəri, Əfqanıstan, Suriya münaqişəsi, Koreyada gərginlik, Yaxın Şərqdə sülh prosesi və s. kimi məsələlərlə bağlı jurnalistlərin suallarını cavablandırıb.
Səbinə Həsənova