Yusif Vəzir Çəmənzəminlinin 30-a yaxın məqaləsi tapılıb

AzVision.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) M.Füzuli adına Əlyazmalar İnstitutundan Trend-ə verilən məlumata görə, həmin məqalələr institutun elmi işçisi Şəlalə Ana Hümmətli tərəfindən üzə çıxarılıb.
O, Y.V.Çəmənzəminlinin 1918-1920-ci illərdə Krımın Ağməscid (Simferopol) şəhərində nəşr olunan "Millət" qəzetində dərc edilmiş, indiyədək haqqında məlumatımız olmayan 30-a yaxın məqaləsini aşkar edib.
"Yusif Vəzirov", "Y." imzaları ilə çap edilən bu məqalələr yazıçının ədəbi irsinin, Azərbaycan-Krım ədəbi əlaqələrinin öyrənilməsi baxımından böyük maraq kəsb edir.
Teqlər: