Koronavirus xəstələri ictimai yerlərdə saxlanılıb

Koronavirus xəstələri ictimai yerlərdə saxlanılıb
  07 Dekabr 2021    Oxunub:1242
Cəlilabad və Lənkəranda ictimai yerlərdə koronavirus xəstələri aşkarlanıb
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzVision.az -a verilən məlumata görə, Cəlilabad rayon sakini Ş.Muradova və İ.Babayevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin olunub və onlara tətbiq edilən qaydalara riayət etmələri, yaşayış yerlərini tərk etməmələri tapşırılıb. Lakin Cəlilabad Rayon Polis Şöbəsinin Göytəpə Polis Bölməsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə həmin şəxslərin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerlərini tərk etdikləri müəyyən edilib və onlar tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvanlara qaytarılıblar

Lənkəranda isə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilmiş A.Axundzadənin yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə həmin şəxs ictimai yerdə aşkarlanıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

AzVision.az


Teqlər: Koronavirus  





Xəbər lenti