Rusiyaya qış geri dönüb – VİDEO

Rusiyaya qış geri dönüb – VİDEO
  01 Aprel 2014    Oxunub:1179
Sinoptiklər 8-10 dərəcəyə çatan şaxtaların iqlim normasına uyğun olmadığını bildirirlər.
Soyuq havadan ən çox əziyyət çəkən paytaxt Moskva olub. Hidrometereoloqların məlumatına görə ölkənin mərkəzi hissəsini əhatə edən soyuqlar hələ bir neçə gün davam edəcək. Güclənən qarın Moskvada 10 sm-dən hündür olacağı proqnozlaşdırılır. Qarın dondurucu şaxtalar üzündən bir neçə gün yerdə qalacağı gözlənilir.

Sinoptiklər 8-10 dərəcəyə çatan şaxtaların iqlim normasına uyğun olmadığını bildirməklə yanaşı şəhər həyatının iflic olacağını da qeyd edir. Xüsusən yay rejiminə keçən avtomobillərin qarlı küçələrdə hərəkəti çətinləşəcək. Havaların yenidən isinməsi isə elə də yaxında deyil. Bildirilir ki, paytaxt və ətrafında günəş ancaq gələn həftənin əvvəlindən etibarən görünəcək.



AzVision.az


Teqlər:





Xəbər lenti