Almaniyada aviareyslər təxirə salındı
Bu isə o deməkdir ki, 3 gün ərzində 425 mindən artıq sərnişin mənzil başına vaxtında çata bilməyəcək. Lüfthanzanın bu müddətdə itirdiyi vəsait isə milyonlarla ölçülür. Bura yük daşımalarını və təxirə salınan uçuşları da daxil etsək, yaranan mənzərəni təsəvvür etmək çətin olmaz.
9 min 300 şirkət çalışanı tələb edir ki, maaşlar və onlara verilən güzəştlər artırılsın. Bütün bunların fonunda Lüfthanza rəhbərliyi təəccübünü gizlətməyib.
Şirkət sözçüsü bəyan edib ki, bu günlərdə Verdi HəmkarlarTəşkilatının elan etdiyi tətilin şərtləri müzakirəyə çıxarıldığı bir vaxtda pilotların bu cür addım atması anlaşılan deyil.
AzVision.az
Teqlər: