Kliçko Timoşenkoya qarşı çıxdı

Kliçko  Timoşenkoya qarşı çıxdı
  01 Aprel 2014    Oxunub:931
AzVision.az xarici mətbuata istinadən verdiyi xəbərə görə, Ukraynada UDAR partiyasının lideri Vitali Kliçko “Batkivşina” deputat fraksiyasının sədri Yuliya Timoşenkonu may ayında keçiriləcək prezident seçkilərində iştirak etməməyə çağırıb.

Vitali Kliçko hesab edir ki, Timoşenko prezidentliyə namizədliyini irəli sürmüş Petr Poroşenkonun xeyrinə seçkilərdə iştirak etmək fikrindən daşınmalıdır.

“Bu gün ölkədə əksəriyyət Petr Poroşenkonu dəstəkləyir. Mən də həmçinin. Timoşenko bunları nəzərə almalı, namizədliyini geri götürməli, Poroşenkonu dəstəkləməlidir”, deyə Kliçko bildirib.

Vitali Kliçko qeyd edib ki, Timoşenkonun prezident seçkilərindən imtina etməsi ölkədə ciddi dəyişikliklərə səbəb olacaq: “Seçkilərdən sonra Ukraynada islahatlar paytaxt Kiyevdən başlayacaq. Çünki digər şəhər və rayonların inkişafı Kiyevdən asılıdır”.

Xatırladaq ki, Vitali Kliçko Ukraynada mayın 25-də keçiriləcək prezident seçkilərindən sonra Kiyevin meri olacağına ümid edir.


Teqlər:





Xəbər lenti