Duman Naxçıvana uçan təyyarəni geri qaytardı

 Duman Naxçıvana uçan təyyarəni geri qaytardı
  30 Noyabr 2021    Oxunub:822
Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən, AZAL-ın J2-2251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmağa qərar verib.
AzVision.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Bildirilir ki, təyyarə saat 21:37-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib. Hava şəraiti yaxşılaşdıqdan sonra sərnişinlər Naxçıvana yola düşəcəklər.

Qeyd edək ki, bu gün Naxçıvanı bürüyən güclü duman AZAL-ın bu istiqamətdə həyata keçirdiyi reyslərinin gecikməsinə səbəb olub.

AzVision.az



Teqlər:





Xəbər lenti