Cəbrayılda işləyən şəxs minaya düşdü

   Cəbrayılda işləyən şəxs minaya düşdü
  29 Noyabr 2021    Oxunub:1240
Cəbrayıl rayonunun işğaldan azad edilmiş Mehdili kəndi ərazisində 1980-ci il təvəllüdlü Natiq Mamedovun təmir-tikinti işləri apararkən minaya düşərək xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Cəbrayıl rayon prokurorluğundan AzVision.az -a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Natiq Mamedovun qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sağ ayağı travmatik amputasiya olunub. Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

AzVision.az


Teqlər: Cəbrayıl   Mina  





Xəbər lenti