`Rusiya Dnestryanını da ilhaq edəcək`

`Rusiya Dnestryanını da ilhaq edəcək`
  31 Mart 2014    Oxunub:1009
Konqressin kəşfiyyat üzrə komitəsinin sədri Mayk Rocers həyəcan siqnalı verir
ABŞ Senatı Nümayəndələr Palatasının kəşfiyyat üzrə komitəsinin sədri Mayk Rocers amerikanın `Fox News` telekanalına bildirib ki, Rusiyanın növbəti addımı Moldovanın Dnestryani bölgəsini özünə birləşdirmək olacaq.

AzVision.az-ın verdiyi xəbərə görə, senator qeyd edib ki, Dnestryanı əhalisinin 1/3 hissəsi ruslardır. Və onların çoxu Moskvanın idarəçiliyi altına keçmək istəyir.

Rocers həmçinin Rusiyanın Ukrayna sərhədinə qoşun yığmasından narahat olduğunu bildirib. Senatın kəşfiyyat üzrə komitəsinin sədri deyib ki, onda olan məlumata görə, Ukrayna sərhədlərində 40.000-ı yaxın rus qoşunu cəmləşib.

Bundan başqa, Mayk Rocerc qeyd edib ki, Rusiya Cənubi Osetiya regionunda da öz qoşunların sayını artırır.

AzVision.az


Teqlər:





Xəbər lenti