Azərbaycanda Avro-5 yanacağının istehsal olunacağı tarix açıqlandı

   Azərbaycanda Avro-5 yanacağının istehsal olunacağı tarix açıqlandı
  29 Noyabr 2021    Oxunub:568
2022-ci ilin II rübündə Heydər Əliyev adına Neft Emalı Zavodunda Avro-5 standartına uyğun dizel yanacağının istehsalı planlaşdırılır.

AzVision.az xəbər verir ki, SOCAR-ın layihələr üzrə meneceri Emil Alxaslı deyib. O bildirib ki, hazırda layihə işlərinə başlanılıb.
"Cari mərhələ üzrə işlərin 2023-cü ildə başa çatması planlaşdırılır. İnşaatın pik dövründə tikintiyə cəlb olunan işçi sayı 9 500-dən çoxdur. Burada 50-dən çox yerli və xarici podratçı şirkətlər işləyir. Zavodda 190-dan çox beynəlxalq və yerli avadanlıq istehsal olunacaq".

E.Alxaslı qeyd edib ki, Heydər Əliyev adına Neft Emalı Zavodunda 3 200-dən çox işçi işləyir. O qeyd edib ki, zavod ölkədə fəaliyyət göstərən əsas neft kimyəvi müəssisələrinin əsas xammal təminatçısıdır.

Aytən Zəhra
AzVision.az

Teqlər: Dizel  







Xəbər lenti