Tovuzda ölümlə nəticələn qəza baş verib

Tovuzda ölümlə nəticələn qəza baş verib
  28 Noyabr 2021    Oxunub:936
Tovuzda 1 nəfərin ölümü 2 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib.
AzVision.az xəbər verir ki, hadisə rayonun girişində olimpiya kompleksinin qarşısında qeydə alınıb. Hərəkətdə olan iki "VAZ 2106" markalı avtomobillər toqquşub. Qəza zamanı 31 yaşlı Tovuz sakini Fəxri Əfəndiyev dünyasını dəyişib. Hadisə zamanı Hümbət Həsənov və onun həyat yoldaşı Nübar Həsənova müxtəlif bədən xəsarətləri alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə təcili tibbi yardım briqadası və DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Qəza  





Xəbər lenti