Medvedev Krıma səfər edib

 Medvedev Krıma səfər edib
  31 Mart 2014    Oxunub:1453
Rusiya baş naziri yarımadanın gələcək sosial-iqtisadi inkişafı ilə bağlı geniş toplantı keçirəcək.
AzVision.az rus KİV-lərinə istinadən xəbər verir ki, Rusiya baş naziri Dmitri Medvedev Krımın Simferopol şəhərinə səfər edib. Bu səfər yarımadanın Rusiyaya birləşdirilməsindən sonra bölgəyə səfər edən ən yüksək vəzifəli siyasətçisidir.

Səfər zamanı Medvedevi baş nazirin müavinləri İqor Şuvalov, Dmitri Kozak, Sergey Prixodko, Olqa Qolodets, Arkadi Dvorkoviç, Dmitri Roqozin, Yuri Trutnev, Aleksandr Xloponin və bir sıra nazirlər müşayət edib.

Medvedevin Krımın Rusiyaya birləşdirilməsini sürətləndirmək üçün 2020-ci ilə qəsər davam edəcək xüsusi inteqrasiya planının hazırlanması, rublun dövriyyə buraxılması və əmək haqlarının orta Rusiya göstəricisinə çatdırılması ilə bağlı geniş iclasın keçirəcəyi gözlənilir.

Bundan başqa, Krım və Sevastopolda xüsusi iqtisadi zonanın yaradılması da hökumətin planlarına daxildir.
Bölgənin turizm potensialını inkişaf etdirmək istəyən Rusiya hakimiyyəti Krıma aviareyslərin sayını da artırmaq niyyətindədir.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti