Ər səsverməyə gedən arvadını öldürdü
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, belə ki, həyat yoldaşından 6 aydır ayrı yaşayan və ayrılmaq üçün məhkəməyə müracət edən Selcan Milaslıoğlu, səhər saatlarında 3 yaşlı qızı ilə yaxınlıqdakı məktəblərdən birinə gedərək öz səsvermə hüuququndan istifadə edib.
Səsvermədən sonra onları görməyə gələn həyat yoldaşı ilə görüşən qadın, əri tərəfindən boğazından bıçaqlanaraq qətlə yetirilib.
Qətli törədən 32 yaşlı Harun Reşit Milaslıoğlu isə dərhal hadisə yerindən uzaqlaşıb.
Qızının evə qayıtmadığını görən Selcanın anası polisə müraciət edib və qızının əri tərəfindən qətlə yetirildiyi məlum olub. Faktla bağlı cinayət işi açılıb, qətli törədən ərin axtarışları davam edir.