Pərviz Müşərrəf edam oluna bilər

Pərviz Müşərrəf edam oluna bilər
  31 Mart 2014    Oxunub:1122
Pakistanın keçmiş dövlət başçısı dövlətə xəyanətdə ittiham olunur.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, keçmiş Pakistan prezidenti, 70 yaşlı Pərviz Müşərrəf dövlətə xəyanət maddəsi ilə məhkəmə qarşısına çıxarılıb.

İslamabaddakı xüsusi məhkəmədə şəxsən iştirak edən Müşərrəf ona qarşı irəli sürülən bütün ittihamları əssasız adlandırıb.
İttiham tərəfinin fikrincə, 2001-2008-ci illərdə prezident postunu tutan Pərviz Müşərrəf 2007-ci ildə dövlətə xəyanət edib.

Həmin il o, ölkədə fövqəladə vəziyyət elan edib və Ali məhkəmənin hakimlərini həbs etdirib. Pakistan qanunlarına görə, dövlətə xəyanət edən şəxs edam cəzası yaxud ömürlük həbslə cəzalandırılır.

Yerli mətbuatın məlumatına görə, “Taliban” və “Əl Qaidə” terror təşkilatları Müşərrəfə qarşı məhkəmə yolunda sui-qəsd planları hazırlayıb. Hakimiyyət rəsmləri isə sabiq prezidentin təhlükəsizliyini 2 min nəfər polisin təmin etdiyini açıqlayıb.

Xatırladaq ki, 2008-ci ildə istefa verdikdən sonra Biorləşmiş Ərəb Əmirliklərinə mühacirət edən Müşərrəf 2013-cü ilin martından parlament seçkilərində iştirak etmək üçqün yenidən vətəninə qayıdıb. Lakin həmin ilin aprelində həbs olunaraq ev dustağına çevrilib.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti