ABŞ Rusiya ilə razılığa gələ bilmədi - VİDEO

ABŞ Rusiya ilə razılığa gələ bilmədi - VİDEO
  31 Mart 2014    Oxunub:1023
ABŞ dövlət katibi Con Kerri bazar günü Parisdə rusiyalı həmkarı Sergey Lavrovilə görüşüb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdən sonra C.Kerri açıqlamasında bildirib ki, onların fikir ayrılıqları davam edir:

“Ukraynada baş verəcək hansısa yenilik mütləq rus hərbi birləşmələrinin geri çəkilməsini də əhatə etməlidir. Mən rus hərbi birləşmələri ilə bağlı narahatlığımı həmkarıma bildirdim. Biz bunun qorxu ab-havası yaratdığını düşünürük”.

Sergey Lavrov isə rus mətbuatına açıqlamasında bildirib ki, rəsmi Moskva və Vaşinqton böhranın həllini tapmağı üçün Ukrayna hökuməti və xalqı ilə işləmək barədə razılığa gəlib.



Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti