Türkiyədəki seçkilərdə onlar qalib gəldi - ADLAR

  31 Mart 2014    Oxunub : 369
Türkiyədəki seçkilərdə onlar qalib gəldi - ADLAR
Türkiyədə keçirilən bələdiyyə seçkilərində ilkin nəticələrə əsasən qalib gələn partiyaların və namizədlərin adları artıq məlumdur.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, seçkilərdə 7 rayon istisna olmaqla, 74 rayon üzrə- Ədalət və İnkişaf Partiyası 45, Cümhuriyyət Xalq Partiyası(CHP)12 , Milliyətçi Hərəkat Partiyası (MHP) 7, Sülh və demokratiya Partiyası(BDP) 9 rayonda qalib gəlib. Mardində isə Sülh və demokratiya Partiyasının dəstəklədiyi müstəqil namizəd Ahmet Türk seçkilərdə qalib gəlib.

Gərgin şəraitdə baş tutan və etirazların daha çox baş qaldırdığı İstanbul, Ankara, Adana, Antalya, Hatay, Ağrı və Yalovada isə seçkilərin nəticələri hələ elan olunmayıb.

Son nəticələrə əsasən, 74 rayon üzrə seçkilərdə qalib gələn partiyalar və namizədlər aşağıdakılardır:

Ədalət və İnkişaf Partiyasından(AK)- Fehmi Hüsrev Kutlu, Burhanettin Çoban, Haluk Şahin Yazgı, Cafer Özdemir, Farut Köksoy, Mehmet Kocatepe, Ahmet Edip Uğur, Mete Memiş, Selim Yağcı, Yücel Berakazi, Alaadin Yılmaz, Recep Altepe, İrfan Dinç, Muzaffer Külcü, Osman Zolan, Mehmet Keleş, Mücahit Yanılmaz, Cemalettin Başsoy, Mehmet Sekmen, Fatma Şahin, Ercan Çimen, Fatih Mehmet Erkoç, Ertuğrul Çalışkan, Tahsin Babaş, Mehmet Saygılı, Mehmet Özhaseki, Yaşar Bahçeci, Hasan Kara, İbrahim Karaosmanoğlu, Talih Akyürek, Kamil Saraçoğlu Ahmet Çakır, Feyat Asya, Hasan Ünver, Faruk Akdoğan, Enver Yılmaz, Reşat Kasap, Zeki Toçoğlu, Sami Aydın, Celalettin Güvenç, Eyüp Eroğlu, Fevzi Gümrükçüoğlu, Nurullah Cahan, Yakup Koçal, Kazım Arslan;

Cümhuriyyət Xalq Partiyasından(CHP): Özlem Çerçioğlu, Ali Orkun Ercengiz, Ülgür Gökhan, Recep Gürkan, Yılmaz Büyükerşen, Kerim Aksu , Aziz Kocaoğlu, Mehmet Siyam Kesimoğlu, Osman Gürün, Baki Ergül, Kadir Albayrak, Muharrem Akdemir;

Milliyətçi Hərəkat Partiyasından(MHP): Cemal Akın, Yusuf Zuya Günaydın, Rafet Vergili, Cengiz Ergün, Burhanettin Kocamaz, Kadir Kara;

Sülh və demokratiya Partiyasından(BDP): Sabri Özdemir, Hüseyin Olan, Gültan Kışanak, Dilek Hatipoğlu, Murat Yikit, Tuncer Bakırhan, Serhat Kadirhan, Mehmet Ali Bul, Bekir Kaya.

Mirvari Nəcəf

Teqlər: