Yaponiyada zəlzələ baş verib
AzVision.az xəbər verir ki, Yaponiya Milli Meteorologiya İdarəsinin yaydığı məlumata əsasən, zəlzələnin episentri Sakit okeanın Fukusima prefekturası sahillərində, ocağı isə 31 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və zərər çəkənlər barədə məlumat verilmir. Bildirildiyinə görə, yeraltı təkanlar Yaponiyanın şərqində yerləşən atom elektrik stansiyalarına zərər vurmayıb.
Yeraltı təkanlar paytaxt Tokio da daxil olmaqla, Yaponiyanın on prefekturasında hiss olunub.
Teqlər: