NATO-nun yeni baş katibi barədə şok faktlar

NATO-nun yeni baş katibi barədə şok faktlar
  30 Mart 2014    Oxunub:1328
AzVision.az xarici mətbuata istinadən verdiyi xəbərə görə, NATO-nun yeni Baş katibi Yens Stoltenberq gəncliyində NATO əleyhdarı olub. Sabiq Norveç baş naziri ölkəsinin təşkilatdan ayrılmasını müdafiə edirdi.

Bir zamanların ABŞ əleyhdarı, solçu gənclərdən biri olan Norveçin sabiq Baş naziri Yens Stoltenberq Şimali Atlantika Razılaşması Təşkilatının (NATO) yeni Baş katibi seçilib.

Gəncliyində ölkəsinin ittifaqdan ayrılmasını müdafiə edib, ancaq daha sonra NATO-nun hərbi əməliyyatlarına dəstək verən Stoltenbeq ittifaqın Baş Katibliyi üçün 28 ölkənin təsdiqini alıb.

2000-2001 və 2005-2013-cü illər arasında nazir olan Stoltenberq NATO-nun hazırki Baş katibi Anders Rasmussendən 1 oktyabr 2014-cü ildə sükanı təhvil alacaq. 2013-ci ildə parlament seçkiləri ərəfəsində paytaxt Osloda taksi sürücülüyü edərək vətəndaşlara xalqdan biri olduğu mesajını verməyə çalışan Stoltenberq cəmiyyətin istədiyi səviyyədə olmadığın bəyan etmişdi.

Taksidə müştərilərlə gizli dialoqunun yayımlanmasından sonra təqaüdə çıxmışdı. Stoltenberqin NATO-nun Baş katibi təyin edilməsinin səbəbi kimi onun keçmişdə Rusiya ilə olan əlaqələri göstərilir.

Eyni zamanda iqtisadçı olan təcrübəli siyasətçiyə sələfi Rasmussen də Tvitter üzərindən dəstək verib.

Əldə edilən məlumatlara görə isə NATO-nun yeni Baş katibinin seçkilərdən öncə təyin olunması ABŞ-ın seçimi olaraq xarakterizə edilib. Qaynaqlar ABŞ-ın bu mövqeyə təcrübəli və güclü bir lideri seçmək istədiyi üçün qərar verdiyini bildirir.

Ənənəvi olaraq, NATO-nun Baş katibi avropalı, hərbi sahə üzrə rəhbəri isə amerikalı təyin edilir.


Teqlər:  





Xəbər lenti