Mursinin iki tərəfdarına ölüm hökmü oxunub
AzVision.az xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə “Əl Ərəbiyyə” telekanalı məlumat yayıb.
İstintaqın məlumatına görə, ölüm cəzasına məhkum olunan şəxslər Misirdə qadağan olunmuş “Müsəlman qardaşlar” hərəkatının üzvü olub. Onlar İsgəndəriyyə şəhərində uşaqların qətlində ittiham olunublar.
Xatırladaq ki, bir neçə gün əvvəl məhkəmə “Müsəlman qardaşlar” hərəkatının 529 üzvünü ölüm cəzasına məhkum edib. Onlar polis məntəqəsinə hücum edərək bir qrup zabiti qətlə yetirməkdə ittiham olunurlar.
Teqlər: