ABŞ 122 dövlət başçısını dinləyib
Alman mətbuatının məlumatına görə, Eduard Snoudenin sızdırdığı sənədlərdə 2009-cu ilin mayına kimi 122 dövlət başçısının dinlənilib və onlar barədə məlumatlar toplanıb. Xəbərdə hökumət başçılarının adlarının siyahıda əlifba sırasıyla sıralandığı və ilk sırada Malaziyanın sabiq Baş naziri Abdullah Bədəvinin olduğu vurğulanıb.
Nümunə üçün 11 nəfərin adının açıqlandığı siyahıda sabiq Somali prezidenti Abdullahi Yusuf, Fələstin prezidenti Mahmud Abbas, Peru prezidenti Alan Qarsia, Belarus prezidenti Aleksandr Lukaşenko, Qvatemalanın sabiq prezidenti Alvaro Kolom, Kolumbiyanın sabiq prezidenti Alvaro Uribe, Malinin sabiq prezidenti Amadou Toumani Toure, Almaniya kansleri Angela Merkel, Suriya prezidenti Bəşər Əsəd və son olaraq Ukrayna sabiq Baş naziri Yuliya Timoşenko qeyd edilib.
Xüsusi olaraq yayılan məlumatda Almaniya kansleri Merkel haqqında 300-dən çox informasiyanın toplandığı və bu məlumatların "Marina" adlı bankda yer aldığı göstərilir.
Teqlər: