Azərbaycan oktyabrda “OPEC+” üzrə öhdəliyini yerinə yetirib
Nazirlərin 21-ci iclasında qəbul edilmiş razılaşma çərçivəsində isə Azərbaycanın hasilatın azaldılması ilə bağlı öhdəliyi noyabrda gündəlik 71 min barel təşkil edir. Bu isə ölkəmizdə xam neftin ötən ayla müqayisədə noyabrda gündəlik olaraq 7 min barel çox, yəni 647 min barel istehsalına imkan yaradır.
Xatırladaq ki, Azərbaycanda sentyabr ayında gündəlik xam neft hasilatı 586,2 min barel olub.
AzVision.az
Teqlər: OPEC