Kliçko prezidentlikdən imtina etdi
Vitali Kliçko prezidentlikdən imtina edib. AzVision.az yerli mətbuata istinadən xəbər verir ki, UDAR partiyasının lideri Vitali Kliçko Pyotr Poroşenkonu demokratik güclər tərəfindən prezidentlik postuna vahid namizəd kimi irəli sürməyi təklif edib.
O, bu barədə bu gün Kiyevdə "UDAR" partiyasının qurultayında çıxış edərkən deyib.
Kliçko bildirib ki, bu gün məsuliyyətli qərarların vaxtı çatıb. UDAR partiyasının lideri Ukraynanın öz tarixinin çətin vaxtlarından narahat olduğunu deyib: "UDAR qaliblər partiyasıdır. Biz 2012-ci ilin parlament seçkilərində qalib gəldik, biz xalqla birlikdə cinayətkar hakimiyyətə qalib gəldik". Kliçko çıxışında Kiyev şəhər meri vəzifəsinə namizəd olacağını elan edib. O, Kiyevi müasir Avropa şəhərinə çevirəcəyi sözünü verib.
Teqlər: