Eməni nazir həyəcan təbili çaldı: “Sayımız azalacaq”

Eməni nazir həyəcan təbili çaldı: “Sayımız azalacaq”
  29 Mart 2014    Oxunub:1337
Ermənistanın iqtisadiyyat naziri Vaqram Avanesyan yaxın 10 ildə emiqrasiyanın ölkə üçün ən böyük problemlərdən biri olacağın da vurğulayıb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 2025-ci ilə qədər Ermənistanın iqtisadi perspektivləri barədə jurnalistlərin suallarını cavablandıran Vaqram Avanesyan ölkədə emiqrasiya və aşağı doğum səviyyəsinin mövcudluğunu iqtisadiyyat üçün ən böyük problemlərdən biri sayıb.

“Emiqrasiya yaxın 10 ildə ölkə iqtisadiyyatının ən böyük problemlərindən biri olacaq. Doğum koeffisienti-1,4 dünyada ən aşağı göstəricilərindən biridir. Biz ümid edirik ki, bu göstərici heç olmasa 1,8-ə çatacaq. Lakin hələ də əhalinin əvəzlənməsini təmin edəcək bir səviyyəyə çatmayacayıq”.

Erməni nazir əhalinin həyat səviyyəsi barədə araşdırmanı açıqlamaqdan da imtina etdi.

“Dəqiq rəqəmi deyə bilmərəm. Ancaq onu deyim ki. belə bir araşdırma aparmışıq”-deyə Avanesyan deyib.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti