Ukraynada qaz və işıq bahalaşacaq
Ukrayna televiziyalarından birindəki tok-şouya qatılan hazırki baş nazir Arseni Yasenyukun sözlərinə görə, yaxın 4 il ərzində tariflər 120% bahalaşacaq. Bununla belə, Yasenyuk yaşayış minimumunun dəyişməyəcəyini və 1176 qrivna (108 dollar) səviyyəsində qalacağını da vurğulayıb.
“Biz açıq şəkildə deyirik ki, bu il yaşayış minimumu artırılmayacaq. Amma həm də azalmayacaq. Yanvarın 1-də verilən məbləğ ilin sonuna qədər dəyişməz qalacaq”-deyə o bildirib.
Yasenyuk iqtisadi çətinliklərdən dolayı qiymətlərin də artırılacağını diqqətə çatdırıb.
“Dolların kursu qalxıb və deməli hər şey bahalaşacaq. Biz inflyasiyanı 12-14% səviyyəsində proqnozlaşdırırıq”-deyə Ukrayna baş naziri etiraf edib.
Xatırladaq ki, Ukrayna Radası 2014-cü il üçün dövlət büdcəsinə dəyişiklik edib. Bundan başqa, maliyyə böhranının qarşısının alınması və ölkənin iqtisadi inkişafı üçün zəmin yaradılması barədə qanunlar qəbul olunub.
Vüqar İsmayılov
Teqlər: