AKP-dən Atatürkə hörmətsizlik - FOTO
Bələdiyyə seçkiləri üçün hakim partiya tərəfindən namizəd göstərilən hazırkı bələdiyyə başqanı Şükrü Karabacak özünün təşviqat kompaniyası çərçivəsində mitinq keçirib.
Mitinq Cümhuriyyət meydanındaolub. Burada böyük bir platforma asılıb ki, platformanın ön tərəfində baş nazir Rəcəb Tayyib Ərdoğan, Şəhər bələdiyyə başqanı namizədi İbrahim Karaosmanoğlu və Şükrü Karabacağın şəkli əks olunarkən Atatürkün heykəlinin önü isə biabırçı vəziyyətdə qapadılıb.
Mitinqdə keçmiş nazirlər və partiya rəhbərliyi iştirak edib. Partiya rəhbərliyinin də iştirak etdiyi mitinqdə Atatürkə qarşı belə sayqısızlıq və düşmənçilik mövqeyi bir çox vətəndaşlar tərəfindən etirazla qarşılanıb. Sosial şəbəkələrdə və mediada müzakirə olunan hadisə heç də təsdüfi sayılmır. Çünki, bundan öncə də baş nazir Ərdoğan tərəfindən Atatürkə qarşı təhqiramiz ifadələr işlənib və mitinqə gələn vətəndaşlar Atatürkün şəkillərini gətirərkən böyük təpkiylə qarşılanıb və aşağılanıb. Göründüyü kimi Atatürkə qarşı bu əməl bu əmr birbaşa hökümət tərəfindən verilib.
Emin Piri
Teqlər: