Lukaşenko Ukrayna ilə Rusiyanı barışdırmaq istəyir

Lukaşenko Ukrayna ilə Rusiyanı barışdırmaq istəyir
  29 Mart 2014    Oxunub:1283
Belarus prezidenti Aleksandr Lukoşenko Ukrayna ilə Rusiya arasında yaranan böhranın həll olması üçün vasitəçi olmağa hazırdır.
Bu barədə Lukaşenko Ukraynanın “Şuster Live” televerelişinə müsahibəsində bildirib.

“Əgər mənə desələr ki, bu mənim Ukraynam və Rusiyam üçün vacibdir, onda mən arada vasitəçi olmağa hazıram”,-deyə prezident bildirib.

Bununla yanaşı o qeyd edib ki, bu rol üçün can atmır. “Apreldə mən Vladimir Putin ilə Minskdə görüşəcəm. Budur, vasitəçilik olacaq, düzdür mən buna can atmıram”,-deyə Lukaşenko bildirib.

Lukaşenko həm də əlavə edib ki, müvəqqəti olaraq prezidentlik vəzifəsini yerinə yetirən Turçinov tərəfindən təyin edilmiş Ali Rada heyəti ilə də görüşmək istəyir.

“Mən Turçinovla münasibətləri saxlayıram, həm də hazırki koalisiya nümayəndələri ilə də söhbət etdim, xüsusən də, Kliçko ilə. Yaxın zamanlarda biz Turçinovla görüşüb ölkələrimiz arasında münasibətləri necə yoluna qoyacağımızı aydınlaşdıracağıq. Axı biz qonşuyuq”,-deyə belarus lider bildirib.

Lukaşenko, qeyd edib ki, o, Yanukoviçi prezident hesab etmir. Onun fikrincə, Yanukoviç heçnəyə baxmayaraq öz xalqı ilə qalmalı idi. “Qərargahında oturmaq və hakimiyyəti ilə keyf etmək, sonra da qaçmaq? Mən bunun üçün onu dost kimi mühakimə edirəm”,-deyə Lukaşenko əlavə edib.(Anspress)


Teqlər:





Xəbər lenti