Büdcəyə 1,5 milyard manat artıq daxilolmalar gözlənilir

Büdcəyə 1,5 milyard manat artıq daxilolmalar gözlənilir
  10 Noyabr 2021    Oxunub:857
“Bizim büdcə gəlirlərimiz nəzərdə tutulandan daha artıqdır. 1,5 milyard manat məbləğində artıq daxilolmalar gözlənilir”.
AzVision.az -ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib. Nazir bildirib ki, bura 1,2 milyard manat İqtisadiyyat Nasirliyi yanında Vergi Xidmətindən, 200 milyon manat Dövlət Gömrük Komitəsi, 100 milyon manat isə digər qurumlardan daxilolmalar daxildir:

“Neft qiymətlərinin artımı prosesi də göz qabağındadır. Dünyada bununla bağlı müxtəlif ssenarilər söylənilir. Bu ssenarilər ötən ilin payızında mövcud deyildi. Ssenarilərin əsası ondan ibarətdir ki, dünya peyvəndlərin ərsəyə gəlməsi ilə bağlı tənəzzüldən tədricən çıxacaq və bərpa prosesinə qədəm qoyacaq. Lakin bu bərpa prosesinin hansı şərtlərlə, problemlərlə üzləşəcəyi ssenarilərdə yox idi. Dünya miqyasında bu gün tələb və təklif arasında böyük uçurum yaranıb”.

AzVision.az


Teqlər: Maliyyə  





Xəbər lenti