Ukraynada prezidentliyə namizədlərin sayı 5-ə çatdı

Ukraynada prezidentliyə namizədlərin sayı 5-ə çatdı
  29 Mart 2014    Oxunub:921
Ukrayna MSK-sı mayın 25-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı daha 3 iddiaçını qeydə alıb.
AzVision.az Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bunlar Regionlar Partiyasından olan deputat Sergey Tiqipko, Xarkov vilayəti dövlət administrasiyanın eks-başçısı Mixail Dobkin və Ümumukrayna Yəhudi Konqresinin sədri Vadim Rabinoviçdir.

Qeyd edək ki, buna kimi baş prokurorun keçmiş 1-ci müavini Renat Kuzmin və baş nazirin sabiq müavini Yuri Boykonun namizədliyi qeydə alınıb. Beləliklə, qeydə alınan iddiaçıların sayı 5 olub.

Ümumilikdə prezidentlik uğrunda 10 nəfər mübarizə aparacağını bəyan edib. Namizədlik üçün sənə qəbulunun vaxtı martın 30-da bitir.


Teqlər:  





Xəbər lenti