`Ermənistan Moskvanın əlində marionetdir`
AzVisio.az xarici mətbuata istinadən verdiyi xəbərə görə, Akop Badalyan məsələyə həsr etdiyi məqaləsində yazıb: “Ola bilər ki, ictimaiyyəti Ermənistan Xarici İşlər Nazirliyi (XİN) adlandıran qurum çaşdırıb. Bu qurumun təmsilçisi “Azadlıq” radiosunda bildirmişdi ki, Ermənistan səsvermədə bitərəf qalacaq. Amma onlar günahkar deyillər, böyük ehtimalla, XİN-dən kimsə Moskvadakı həmkarlarına zəng edib və soruşub ki, Ermənistanın bitərəf qalması mümkündürmü? Moskva da buna icazə verməyi qərara alıb və Ermənistan XİN bu sevinci xalqla bölüşmək qərarına gəlir. Amma sonra məlum olub ki, Moskva, sadəcə, zarafat edib və Rusiyanın 9 başqa “ümidi” - Nikaraqua, Sudan, Zimbabve, Boliviya, Venesuela, Kuba, Şimali Koreya, Suriya və Belarus kimi qərarın əksinə səs verməli olduq”,- deyə Akop Badalyan istehza edib.
Şərhçi daha sonra ciddi maneraya keçir: “Zarafat bir yana, amma Moskvanın Ermənistanla iş üslubu yetərincə maraqlıdır. Rusiya sadəcə Ermənistana təsir vasitələrinə malik olduğunu göstərməklə kifayətlənmək istəmir, nümayiş etdirir ki, Ermənistan Moskvanın əlində marionetkadır. Çünki məsələ təkcə təsir imkanları ilə bitsəydi, Ermənistan özünün ayrıca subyekt olmasını qoruya bilərdi, amma marionetka olmaq tamamilə başqa məsələdir”.