Leonid Kuçma: “Rusiya ilə müharibən qaça bilməyəcəyik”
“Mən inanmıram ki, Ukraynaya hərbi hücum olacaq. Çünki Rusiya üçün bunun çox böyük qiymət ödəyəcək. Heç bilmirəm bu qiyməti hesablamaq mümkündürmü”-deyə Kuçma bildirib.
Eyni vaxtda o, ukraynalı siyasətçilərin hakimiyyət uğrunda mübarizəsinin ölkənin parçalanmasına səbəb olacağını düşünür.
“Bir çox rusiyalı siyasətçilərin Ukraynanı vahid dövlət kimi görməmələri başa düşüləndi. Əgər biz bundan sonra da çəkişməmizi davam etsək, Ukrayna parçalana bilər”-deyə o qeyd edib.
Kuçmanın fikrincə, Rusiya ilə Ukrayna arasında ticarət müharibəsi olacaq.
“İndi biz əminik ki, iqtisadiyyatda vəziyyət pisləşəcək. Rusiya ilə Ukrayna arasında mütləq müharibə olacaq. Biz bundan qaça bilmərik”-deyə Kuçma deyib.
Xatırladaq ki, ABŞ kəşfiyyatı Rusiya-Ukrayna sərhəddindəki vəziyyətin Gürcüstan və Çeçenistan müharibələri öncəsi vəziyyəti xatırladığını bildirib.
Vüqar İsmayılov
Teqlər: