ABŞ `Youtube`-a görə Türkiyəyə müraciət etdi

ABŞ `Youtube`-a görə Türkiyəyə müraciət etdi
  28 Mart 2014    Oxunub:1094
Amerika Birləşmiş Ştatları Türkiyə hakimiyyətinin "Tvitter" sosial şəbəkəsinin ardınca "Youtube"-a da qadağa qoymasını sərt şəkildə tənqid edib.
Dövlət Departamentinin nümayəndəsi Mari Harf bildirib ki, bu tip addımlar Türkiyədə ifadə azadlığının boğulmasına və insanların beynəlxalq aləmdən təcrid olunmasına yönəlib. Bəyanatda qeyd olunur ki, AKP hökuməti hakimiyyəti əlində saxlamaq üçün bu tip addımlara yol verməməli və mübahisəli məsələlərdə daha sivil şəkildə mübarizə aparmalıdır.

Birləşmiş Ştatlar internetdəki qadağalarla bağlı Ankaraya rəsmi müraciət də ünvanlayıb. Sənəddə Vaşinqtonun söz azadlığı və internet resurslarından istifadəyə dair mövqeyi xatırladılıb. Həmçinin sözügedən mövzuda Türkiyə hökumətindən təcili tədbirlərin görülməsi istənilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti